Tehran - İRNA - İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi və Serbiyanın Baş nazirinin müavini BRİKS qrupunun yüksək səviyyəli təhlükəsizlik rəsmilərinin iclası çərçivəsində görüşüb və beynəlxalq təşkilatlarda ortaqlıq və əməkdaşlığın gücləndirilməsini vurğulayıblar.

Əli Əkbər Əhmədiyan 10 sentyabr çərşənbə axşamı Sankt-Peterburqda baş tutan bu görüşdə qeyri-sabitlik amillərinin aradan qaldırılması üçün əməkdaşlığın zəruriliyini vurğulayaraq deyib: “İran İslam Respublikası və Serbiyanın beynəlxalq aləmdə çoxlu ortaqlıqları və ortaq maraqları var və iki ölkənin yaxınlaşmasını bundan artıq gücləndirmək lazımdır.”

“Şanxay və BRİKS kimi təşkilatlar çoxtərəflilik yolunda və birtərəfliliyə qarşı mübarizədə mühüm imkanlara malikdir” - deyə, Əhmədiyan bildirib.

Serbiyanın Baş nazirinin müavini də ölkəmizin Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşdən məmnunluğunu ifadə edərək deyib: “Serbiya beynəlxalq münasibətlər sahəsində müstəqil aktyor olmağa çalışır.”