Tehran - İRNA - Xarici İşlər Nazirliyinin sözçüsü bildirib: Qəzza zolağındakı qaçqınların məktəb və çadırları İsrail rejiminin gündəlik bombardmanları və raket yağışlarının ən mühüm hədəfinə çevrilib.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani virtual məkanda şəxsi hesabında paylaşdığı mesajda deyib: Sionist rejimin Qəzza zolağının mərkəzindəki UNRWA-ya bağlı “Əl-Cauni” məktəbini bombalaması nəticəsində indiyədək 18 Fələstin vətəndaşı şəhid olub. Bu məktəbdə minlərlə fələstinli qaçqın yaşayır.

O, qeyd edib: Qəzza zolağındakı qaçqınların məktəb və çadırları sionist rejimin gündəlik bombardmanları və raketləri üçün ən mühüm hədəf bankına çevrilib; ABŞ, İngiltərə, Fransa, Almaniya, Kanada, Avstraliya və digər sionist rejimə bomba və raket ixrac edən dövlətlərin diqqətinə!