Tehran - İRNA - Dünya katoliklərinin lideri Roma Papası Fransisk sionist rejim tərəfindən fələstinli uşaqların öldürülməsini pisləyib və bu rejimin məktəbləri bombalamasını "çirkin" hərəkət adlandırıb.

Papa cümə axşamı bildirib ki, Qəzza zolağında katolik icmasının üzvləri ilə hər gün telefonla danışır və "onlar ağır vəziyyət haqqında danışırlar". 

O, əlavə edib: Uşaqların cəsədlərini görmək, hansısa partizan qüvvələrinin olması şübhəsi ilə bir məktəbin bombaladığını görmək; bu, çirkin bir hərəkətdir. 

“Bəzən düşünürəm ki, bu müharibə həddi aşdı”, - dünya katoliklərinin lideri deyib. 

Dünya katoliklərinin lideri bundan əvvəl də dərhal atəşkəs, əsirlərin azad edilməsi və Qəzzəyə humanitar yardımların çatdırılmasını istəyib və deyib: Qəzzada uşaq iflici də daxil olmaqla bir çox xəstəlik yayılmaqdadır.