General-mayor Rza Şucayi şənbə günü bu hadisənin təfərrüatlarını açıqlayaraq deyib: “Cümə axşamı saat 20:30-da (12 sentyabr) Mircave sərhəd alayının maşını şəhərdəki yanacaqdoldurma məntəqəsində yanacaq doldurarkən terrorçularının hücumuna məruz qalıb. Bu terror hadisəsində sərhəd alayının komanda heyətinin 3 üzvü şəhid olub, onlardan biri Əyalət Sərhəd Mühafizəsinin baş leytenantı Məhəmməd Əmin Naruyi, iki nəfər isə növbətçi personallar Parsa Suzəni və Əmir İbrahimzadə olub” - deyə, o, əlavə edib.
Sistan və Bəlucistan əyalətinin sərhəd qoşunlarının komandanı bu terror aktında Mircave şəhərinin sakinlərindən birinin də yaralandığını bildirərək deyib: “Qorxaq hücumdan sonra terrorçular dərhal oradan qaçıblar.”