Tehran - İRNA - Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Sionistlərin Fələstindəki hərbi cinayətləri Qərbdəki yalançı insan haqları iddiaçılarının alnına bir rüsvayçılıq möhürüdür.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani, kiberməkanda şəxsi hesabında paylaşdığı mesajda, Rəfahda iki fələstinli mülki şəxsin cinayətkar sionist rejimin PUA-sının vəhşicəsinə hücumu nəticəsində şəhid olması ilə bağlı videoya istinad edərək  yazıb: Sionistlər, əylənmək üçün adam öldürən qatillər! 

Diplomatik qurumun sözçüsü qeyd edib ki, sionistlərin Fələstindəki hərbi cinayətləri Qərbdəki yalançı insan haqları iddiaçılarının alnına rüsvayçılıq möhürüdür.