ionist rejim ordusu yaydığı bəyanatda bildirib: “İlkin araşdırmalar göstərir ki, husilərin (Yəmənin Ənsarullahı) atdığı raket səmada partlayıb və onun qalıqları Təl-Əvivin Ben Qurion hava limanı yaxınlığındakı Modiin metro stansiyasına düşüb.” Bəyanata görə, bu hadisədən sonra “Kfar Daniyal” qəsəbəsi yaxınlığında yanğın baş verib və yanğınsöndürənlər onu məhdudlaşdırıb. Sionist rejim bu bəyanatın davamında Yəmən Ordusunun raketinin qarşısının alnmasında uğursuzluğunu etiraf edərək bildirir: “Atılan raketin qarşısını almaq üçün “Heyts” və “Dəmir günbəz” hava hücumundan müdafiə sistemləri tərəfindən cəhdlər edildi və nəticələr hələ də araşdırılır.”
Publish Date: 15 sentyabr 2024 - 18:06
Tehran - İRNA - Sionist rejim ordusu bir neçə saatlıq sükutdan sonra Yəmən Silahlı Qüvvələri tərəfindən atılan və Təl-Əvivi vuran raketin qarşısını almaqda hava hücumundan müdafiə sisteminin uğursuzluğunu etiraf edib.