Tehran - İRNA - Yəmən Ənsarullah Hərəkatının lideri Peyğəmbərin (s) mövludu münasibətilə etdiyi çıxışda Sənanın Qəzzəyə dəstəyini davam etdirmək qərarını vurğulayaraq, ölkəsinin gələcək əməliyyatlarının daha böyük olacağını açıqlayıb.

Seyid Əbdülməlik əl-Husi deyib: “Yəmən qüvvələrinin bugünkü əməliyyatı düşmənə qarşı gərginliyin artırılmasının beşinci mərhələsi çərçivəsində yeni qabaqcıl Yəmən raketi ilə həyata keçirilib.”
Seyid əl-Husi vurğulayıb: “İnşallah, gələcək əməliyyat daha böyük olacaqdır.”
Hərəkat lideri qeyd edib ki, ordumuz dənizdə döyüşlərini davam etdirir və bu əməliyyat uğurlu və çox effektlidir.
“Müsəlmanlar sədaqətli, diqqətli, çalışqan olmalı və Fələstinə dəstək vermək üçün üzərlərinə düşən vəzifələri yerinə yetirməyə tələsməlidirlər. Müsəlmanlar müdrik və rasional olmalı, strateji və taktiki səviyyədə performansı düzgün idarə etməlidirlər” - deyə, o, bildirib.
Seyid əl-Husi həmçinin vurğulayıb: “Biz millətimizin zülm və müstəmləkəçiliyə qarşı prinsipial cihad mövqeyində möhkəmliyini vurğulayırıq.”
Hərəkat lideri Qəzzəyə dəstək məqsədilə həyata keçmiş bugünkü əməliyyata toxunaraq bəyan edib ki, bugünkü əməliyyat yüksək texnologiyalı raketlə həyata keçirildi, düşmənin sistemlərindən yan keçdi və gərginliyi artırmağın beşinci mərhələsi çərçivəsində 2040 kilometr məsafə qət etdi.
Seyid əl-Husi deyib: “Qəzzəyə qarşı təcavüz və mühasirə davam etdikcə əməliyyatlarımız davam edəcək. Fələstini işğaldan azad edənə qədər mövqeyimiz möhkəmdir.”