Tehran - İRNA - Xarici İşlər naziri Livan Əməl Hərəkatının Tehranda nümayəndəsi ilə görüşündə sionist rejimin işğalına qarşı müqaviməti dəstəkləməkdə İran İslam Respublikasının prinsipial siyasətinin davam etdirilməsini vurğulayıb.

Livanın Əməl Hərəkatının Tehrandakı nümayəndəsi Salah Fəhs 16 sentyabr bazar ertəsi axşam saatlarında Xarici İşlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb.

Görüşdə Livanın Əməl Hərəkatının Tehrandakı nümayəndəsi Livan Nümayəndələr Palatasının sədri və Əməl Hərəkatının rəhbərinin Xarici İşlər naziri vəzifəsinə seçilməsi münasibətilə təbriklərini Əraqçiyə çatdırıb və ona uğurlar arzulayıb.

Əraqçi də Nəbih Berriyə onu təbrik etdiyinə, səmimi salamlar göndərdiyinə görə təşəkkür edib, onun müqaviməti dəstəkləməkdə siyasi mövqeləri və hərəkətlərini təqdir edib, sionist rejimin Livana təcavüzü ilə mübarizədə Əməl Hərəkatı döyüşçülərinin Hizbullah qüvvələrinin yanında olmasını və fədakarlığını, Fələstin və məzlum Qəzzəyə dəstək verməsini yüksək qiymətləndirib, sionist rejimin işğalına qarşı müqaviməti dəstəkləməkdə İran İslam Respublikasının prinsipial siyasətinin davam edəcəyini vurğulayıb.