Urmiya - İRNA - Şəhriyar sərhədlərdən üstün bir addır; O, xalqın dilində danışır, xalqın dilində şeir yazır və bu xüsusiyyət onun şeirlərini cazibədar və populyar edib, adını sərhədlərdən çox-çox uzağa aparıb.

Şəhriyar ləqəbi ilə tanınan Seyid Məhəmmədhüseyn Behcət Təbrizi 1906-cı ildə Təbrizin kəndlərindən birində anadan olub və onun şeir zövqü hələ uşaqlıqdan özünü büruzə verir. 13 yaşında ikən “Ədəb” jurnalında “Behcət” təxəllüsü ilə şeirlərini çap etdirir. 

Şəhriyar sonralar Hafiz Şirazinin divanı ilə fal açdıqdan sonra “Şəhriyar” soyadını seçmiş və nəhayət, onun adı bu təxəllüslə İran ədəbiyyatı tarixinə yazılaraq qorunub saxlanılmışdır. 

Şəhriyar 1924-cü ilin fevralında Tehrana gələrək Darul-fununda oxuyub və tibb fakültəsinə daxil olub. Onun ilk şeir kitabı 1929-cu ildə Məlik əş-Şüəra-yi Bahar, Səid Nəfisi və Pejman Bəxtiyari tərəfindən qələmə alınmış müqəddimə ilə nəşr edilmişdir. 

  Seyid Məhəmmədhüseyn Behcət Təbrizi özünəməxsus şah əsəri ilə qəlbləri idarə edir; O, könülləri sevindirir, gözləri yaşardır, “Hydər babaya salam” poeması ilə hər bir insanı ən ucqarlara, hər insanın arzuladığı, lakin çatmadığı yerə aparır. 

Şəhriyarın Heydərbaba əsəri gah güldürür, gah ağladır, gah da səni uzaq keçmişdə sərgərdan qoyub gedir, gah da məhəllə məscidinin müəzzinin səsini qulağına pıçıldayır. 

Heydərbaba ilə təmasda olduqda həyat sənin üçün mənalı olur; qəhər səni boğur və ürəkdən qışqırmaq, qəbiristanlığa gedib başını sevdiklərinin qəbrinin üstünə qoyub bərkdən ağlamaq istəyirsən. 

Qərbi Azərbaycanın görkəmli yazıçılarından olan Fərdin Milani Sədr Ustad Şəhriyar haqqında deyir: Şəhriyar dəyərlərə və əxlaqa bağlı, Əhli-beyti (ə) sevən sadiq bir şair idi və “Əli ey humayi rəhmət” kimi şerləri də bu iddianın aydın sübutudur. 

O, sözünə davam etdi: Quranla əlaqəsi onu əxlaqi prinsiplərə sadiq olan inanclı bir şəxsə çevirdi və şeirləri şərlə mübarizə yönünə getdi və pak və inanclı bir cəmiyyət formalaşdırmaq istədi. 

O, əlavə etdi: Şəhriyar dəyərlər şairi hesab oluna bilər, çünki o, əsil bəşəri dəyərləri qoruyub saxlamaq və onları yaşatmaq üçün şeir dilindən istifadə edib. 

O əlavə etdi: Şəhriyarın şeirləri cəmiyyətdə böyük birlik amilidir, çünki o, azəri və fars dillərində şeirlər yazmaqla parçalanmaya qarşı mübarizə aparıb. Onun məşhur “Azərbaycan” şeirində açıq-aydın dediyi kimi, hamımız bir torpağa, bir dinə mənsubuq və heç bir bəhanə ilə etnoslar arasında parçalanma olmamalıdır. 

Cəmşid Əlizadə əlavə etdi: Bu şair sevgilisini gözləməkdən danışanda, bu intizar yolundan keçib və uşaqlığından danışırsa, beynində bu xatirələrin əmanəti var və bu xatirələr Şəhriyarla həmişə davam edir. 

O, Şəhriyarın şeirlərinin ölməzliyi ilə bağlı dedi: Şəhriyarın “Əli ey humayi rəhmət” əsərini yazmasından bir neçə onilliklər keçsə də, o, ölkədə və hüdudlardan kənarda əbədi oldu. 

Təbrizli şəhriyarşünas 70 ilin ötməsinə baxmayaraq şairin bir şeirini əbədiləşdirməyin hər kəsin işi olmadığına işarə edərək dedi: Şəhriyar bu xalqın mədəniyyətini fars və türk şerlərində yaradıb, ölməzliyə çatdırdı. 

O əlavə etdi: Əgər biz İranda 20-ci əsrdə çağdaş poeziya nümunələrini və hər bir şairi istənilən üslubda ən yaxşı şeirləri ilə toplu yaratmaq istəsək, 20-ci əsrin şairlərinin əsərləri bir cildə sığar. Lakin Ustad Şəhriyarın şah əsərləri o qədər çoxdur ki, onlar ayrıca bir cilddə nəşr edilməlidir. 

Şəhryar fars dilində 28 mindən çox, türk dilində isə 3 minə yaxın beyt yazmışdır. 

İnqilabın ali rəhbəri də Ustad Şəhryarın ən məşhur əsərlərindən olan "Heydər babaya salam" poeması haqqında deyib: “Şəhriyar” İran tarixinin bütün dövrlərinin ən böyük şairlərindən biridir və bu, onun "Heydər babaya salam" poemasına görədir.