Hizbullah Hərəkatının bəyanatının mətni belədir:

Bismillahir-Rəhmanir-Rəhim

Bu gün günortadan sonra baş vermiş cinayət hücumu ilə bağlı bütün mövcud faktları və məlumatları nəzərdən keçirdikdən sonra biz mülki əhalini də hədəfə alan, bir neçə nəfərin şəhid olmasına və çoxlu insanın yaralanmasına səbəb olan bu cinayətkar təcavüzə görə tamamilə düşmən İsrailin məsuliyyət daşıdığını bildiririk. 

Bizim şəhidlərimiz və yaralılarımız Qüds yolunda mübarizəmizin və fədakarlığımızın, nəcib xalqımızın Qəzzə zolağında və İordan çayının qərb sahilində qələbəsinin, davamlı meydan dəstəyimizin və bu mövqeyimizin rəmzidir. Fələstinin cəsur müqavimətinə dəstəyimiz bizim üçün dünya və axirətdə qürur və izzət mənbəyi olacaq.

Bu xain və cinayətkar düşmən, şübhəsiz ki, bu günah dolu azğınlığın ədalətli cəzasını gözlənilən və gözlənilməyən yerdən alacaqdır. Allah bizim verdiyimiz sözə şahiddir.