Nasir Kənani 17 şəhrivar çərşənbə axşamı deyib: “Görünən odur ki, Avropa İttifaqının ali nümayəndəsi müəyyən siyasi lobbilərin təzyiqi altında və faktlara əhəmiyyət vermədən əvvəlki yanlış yanaşmalarda israr etməkdə davam edərək, daha bir strateji səhvə yol verib və qərəzli yanaşma ilə İran İslam Respublikası ilə bağlı əsassız iddialarını təkrarlayıb.”
Kənani Avropa İttifaqı səlahiyyətlilərinin və bir sıra ölkələrin mövqe tutmaq və ya destruktiv bəyanatlar vermək israrları barədə xəbərdarlıq edərək əlavə edib: “Tövsiyə edirik ki, Avropa İttifaqı və bu azsaylı və illüziyaya qapılmış ölkələr qrupu 14-cü prezident seçkilərinin keçirilməsi prosesinə baxsınlar, həmçinin, İran həqiqətlərinin, o cümlədən xalq, hökumət və İslam Respublikası sistemi arasında dərin əlaqənin real şəkildə anlamaqla, absurd və mənasız ittihamlar səsləndirməkdən və uğursuz anti-İran siyasətlərini davam etdirməkdən çəkinsinlər.”