Tehran - İRNA - Livan Hizbullahı sionist rejimin cinayətinin müqavimət qüvvələrinin cihad əzmini ikiqat artırdığını vurğulayıb və qeyd edib ki, işğalçı rejim bu cinayətin əvəzini ağır ödəyəcək.

İRNA-nın Əl-Mənar kanalına istinadən verdiyi məlumata görə, Livanın İslami Müqaviməti - Hizbullah bu çərşənbə səhəri verdiyi bəyanatda bildirib: Cinayətkar düşmən çərşənbə axşamı Livanda törətdiyi cinayətin əvəzini ağır ödəyəcək. 

Bu bəyanatda əlavə edilib: Bu cinayət bizim cihad yolunda addım atmaq əzmimizi ikiqat artıracaq. 

Livan İslami Müqaviməti çərşənbə axşamı günü Livanda rabitə cihazlarını (peyjerləri) partlatmaq törədilən cinayət nəticəsində şəhid olanların ailələrinə başsağlığı verib və Uca Allahdan yaralılara şəfa istəyib və bildirib: Ötən günlərdə olduğu kimi, biz Qəzzanı və onun müqavimətini dəstəkləməyə, Livanı, millətini və suverenliyini müdafiə etməyə davam edəcəyik. Cinayətkar düşmənin çərşənbə axşamı millətimizə və mücahidlərə qarşı qətlin əvəzini ödəyəcəyi ağır hesabdan başqa, bu yol davam edəcək.