Tehran - İRNA - İranın Livandakı səfirliyinin mədəniyyət attaşesi İran səfirinin vəziyyəti ilə bağlı məlumat verib və Müctəba Əmaninin ümumi vəziyyətinin yaxşı olduğunu yazıb.

İranın Beyrutdakı mədəniyyət attaşesi Kamil Baqirzadə sosial şəbəkələrdə dərc olunan mesajında yazıb: “Bir neçə dəqiqə əvvəl ölkəmizin Livandakı inqilabçı və mücahid səfiri cənab Əmanini ziyarət etdim. Əlhəmdulillah, ümumi vəziyyəti çox yaxşıdır, əhval-ruhiyyəsi əladır. Livanlı yaralılara kömək etmək üçün bu ölkəyə səfər etmiş iranlı mütəxəssis həkim qrupu lazım olduğu müddətcə Livan tibb işçilərinin yanında qalacaq.” 

Bununla bağlı İran İslam Respublikasının Livandakı səfirliyi də mesajında yazıb: “Hörmətli həmvətənlərimizin və medianın nəzərinə çatdırır ki, hörmətli səfir cənab Əmaninin müalicə prosesi uğurla gedir. Cənab Əmaninin sağlamlıq vəziyyəti və görmə qabiliyyəti ilə bağlı yayılan şayiələr həqiqətə uyğun deyil.”