Tehran - İRNA - Hökumət sözçüsü sionist rejimin terror hərəkətinin nifrət və ikrah doğurduğunu bildirib, İslam Respublikası hökumətinin Livanda yaralılara yardım etməyə hazır olduğunu vurğulayıb.

Fatimə Mühacirani 18 sentyabr çərşənbə axşamı X sosial şəbəkəsində yazıb: “Sionist rejimin terror hərəkəti nifrət və ikrah doğurur.”

Mühacirani əlavə edib: “Yüzlərlə Livan vətəndaşının ölümü və yaralanması ilə nəticələnən rabitə vasitələrinin partladılması ilə bağlı dünənki cinayət əməli və bu gün Livan Hizbullahı üzvlərinin simsiz rabitələrinin partlaması cinayəti pislənilir.”

“İslam Respublikası hökuməti bu cinayətdə yaralananlara kömək etməyə hazırdır”, hökumət sözçüsü qeyd edib.