“MTV” telekanalı bildirib: “Livan təhlükəsizlik qüvvələri və Hizbullah bir livanlını sionist rejim üçün casusluq ittihamı ilə həbs edib.”
Telekanalın bildirdiyinə görə, F. Z. adlı bu şəxs Hula şəhərindəndir və Mifdun bölgəsində sakindir.
Bu casus Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) podratçısı adı altında işləyirmiş və Livanda Hizbullaha yaxın yaşayış qəsəbələrdə və ictimai qurumlarda bu fondun layihələrini həyata keçirirmiş.