Tehran - İRNA - HƏMAS Livanın Hizbullah Hərəkatının Baş katibinin çıxışını yüksək qiymətləndirib və Seyid Həsən Nəsrullahın bugünkü (cümə axşamı) mövqe və çıxışını təqdirəlayiq və Netanyahuya güclü sillə olduğunu bildirib.

HƏMAS hərəkatı Hizbullahın Baş katibi Seyid Həsən Nəsrullahın sözlərini və onun Qəzzəni dəstəkləməyə davam etmək kimi qürurlu və təqdirəlayiq mövqeyini bir daha vurğulamasına görə təşəkkür edib. 

HƏMAS vurğulayıb: Hizbullahın mövqeyi Benyamin Netanyahuya, onun faşist kabinetinə sillə vurmaq və onların Fələstin xalqına və müqavimətinə dəstək cəbhəsini vurmaq planlarına mane olmaqdır.