Tehran - İRNA - Prezident İran xalqının səkkiz illik müqəddəs müdafiədə düşmənlərin ümidini puç etdiyini vurğulayıb və deyib: Bu gün İranımızın gücü və caydırıcılığı istənilən hegemonun əziz torpaqlarımıza təcavüz etməsini qeyri-mümkün edib.

Doktor Məsud Pezeşkiyan şənbə günü silahlı qüvvələrin paradında deyib: Müqəddəs müdafiə həftəsi bu torpağın hər yerində İslam inqilabının sağ qalması üçün pak qanlarını fəda edən böyük və naməlum şəhidlərin, əziz ölkəmizin başıuca və qürurlu xalqı üçün fədakarlıqlarını xatırladır; Onlara salamlar göndəririk.

O əlavə etdi: Bu gün müqəddəs müdafiə həftəsi və vəhdət həftəsidir. Bu model hərbi qüvvələrin, xalqımızın və ölkəmizin bütün əziz insanlarının vəhdətlə əl-ələ verməsi ilə, müstəmləkəçi ölkələrin inqilabı məhv etməyə hesablanmış amansız təcavüzünü ümidsizliyə çevirdi.

Prezident bəyan etdi: Quru, hava və dəniz silahlı qüvvələri, qüdrətli SEPAH və ölkəni müdafiə edə biləcək bütün qüvvələr var gücləri ilə meydanlara çıxdı və bu ölkənin ərazisinin bir hissəsinin də düşmən əlinə keçməsinə imkan vermədi. Bu vəhdət rəmzidir.

Doktor Pezeşkiyan davam etdi: Bütün dünya gəlib İranın inqilabının davam etdirməsinə mane olmağa çalışdı, lakin xalqın və xalq qüvvələrinin və qəhrəman ordunun və qüdrətli SEPAH-ın mövcudluğu onların İran torpağından bir parça belə qoparmasına mane oldu.

O, vurğuladı: Bu gün İranın müdafiə və caydırıcılıq qüdrəti o qədər artıb ki, heç bir hegemon bizim əziz torpağımızı işğal etməyə cəsarət edə bilmir.