Tehran - İRNA - Xarici İşlər Nazirliyinin sözçüsü yazıb: Müqəddəs Müdafiə iranlılara sübut etdi ki, ölkəni, ərazi bütövlüyünü, milli təhlükəsizliyini və həmçinin əziz İslamı təcavüzkarlar və onların şər və şeytani tərəfdarlarından qorumağın yeganə yolu müqavimət göstərmək və milli hakimiyyəti gücləndirməkdir.

Nasir Kənani X sosial şəbəkəsində yazıb: “Müqəddəs Müdafiə Həftəsi” qəhrəman şəhidlərin, azad insanların, döyüşçülərin və vətən fədailərinin səkkiz illik sədaqətli müdafiəsinin və əziz İranın qürurlu xalqının indi İsrailin cinayətkar və terrorçu rejimini müdafiəsiz Fələstin xalqına qarşı dəstəkləyən hökumətlər tərəfindən dəstəklənən işğalçı rejimə qarşı cəsur müqavimətinin bir xatırlatmasıdır.

Diplomatik qurumun sözçüsü əlavə edib: “Müqəddəs Müdafiə dəyərli təcrübəsi iranlılara sübut etdi ki, ölkəni, ərazi bütövlüyünü, milli təhlükəsizliyini, eləcə də əziz İslamı təcavüzkarlardan, onların şər və şeytan sifət havadarlarından qorumağın yeganə yolu müqavimət göstərmək və milli hakimiyyəti gücləndirməkdir. İndi müqavimət mədəniyyəti regionda və dünyada təcavüzkarlar və işğalçılarla güclü qarşıdurmanın əvəzolunmaz modelinə çevrilib.