Seyid Əbdülməlik əl-Husi bu şənbə günü Yəməndə 21 sentyabr inqilabının ildönümü və Əl-Əqsa Tufanı əməliyyatı ilə bağlı hadisələrə aid çıxışında deyib: “Amerika bu inqilabdan ən böyük itkisini Yəmən ölkəsinə tam nəzarət etmək və onun sərvətlərini istismar etmək hərisliyinə görə verdi.” Seyid Əbdülməlik əl-Husi əlavə edib: “Amerika, İsrail və onların havadarları ötən illərdə Yəmən xalqına qarşı təcavüzə başladılar. İşğalçılar ən ağır cinayətləri törətdilər və xalqımızı tamamilə mühasirəyə aldılar.” “Amerika öz təcavüzkarlığı ilə rıçaqları vasitəsilə növbəti dəfə ölkəmizə hakim olmağa çalışdı, lakin düşmənlər bu yolda uğursuzluğa düçar oldular” - deyə, o, bildirib. Seyid Əbdülməlik əl-Husi deyib: “Yəmən xalqının bütün hadisələrə, çətinliklərə, təhlükələrə və sui-qəsdlərə rəğmən Fələstin xalqına yardım etməkdə mövqeyi aydın, sabit, açıq və güclüdür.” Ənsarullah lideri qeyd edib ki, dəyərli xalqımız təcavüzkar koalisiyanın dəhşətli cinayətlərinə və ağır mühasirəsinə baxmayaraq, Fələstin xalqını dəstəkləmək kimi əsas məsələyə sadiq qalmaqda heç vaxt qüsura yol verməyib. Yəmən inqilabının lideri deyib: “Xalqımızın son illərdəki mövqeyi və uca səsi Fələstin xalqının yanında olduğunu vurğulayıb.”
Publish Date: 22 sentyabr 2024 - 08:44
Tehran - İRNA - Yəmən inqilabının lideri Seyid Əbdülməlik əl-Husi bu gün (şənbə) deyib: “Fələstin xalqını dəstəkləməkdə bizim mövqeyimiz aydın, açıq, güclü və sabitdir.”