İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi və Kubanın xarici işlər naziri Bruno Rodrigez Parilla Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyası çərçivəsində ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər.
İranın xarici işlər naziri İran İslam Respublikasının mərhum prezidenti doktor Rəisinin Kuba prezidenti Raul Kastroya İrana səfər dəvətini xatırladıb və vurğulayıb: Biz bütün sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsi üçün Kuba ilə əməkdaşlıq etməyə hazırıq.
ABŞ Konqresinin Kubanın adının sözdə terrorizmi dəstəkləyən ölkələr siyahısına salınması ilə bağlı birtərəfli və siyasi addımına toxunan Əraqçi bunu pisləyib və bunu ABŞ-ın düşmənçilik siyasətinin davamı kimi qiymətləndirib.
İranın xarici işlər naziri əlavə edib: ABŞ sanksiyalarının qurbanlarından biri kimi biz Kuba xalqının vəziyyətini tam başa düşürük və bu ölkəni ABŞ sanksiyalarına qarşı dəstəkləyirik.