Tehran - İRNA - İraq Nücəbə hərəkatının sözçüsü bu təşkilatın işğal olunmuş ərazilərdəki son əməliyyatlarına toxunaraq bildirib ki, İsrail Nücəbanın hücuma məruz qalan qərargahlara necə çatdığı barədə məlumat əldə edə bilməz.

İRNA-nın xarici siyasət şöbəsinin hesabatına əsasən, Nücəba İslami Müqavimət Hərəkatının Tehrandakı ofisindən bu təşkilatın media sözçüsü Hüseyn Əl-Musəvi bildirib: Nücəba Hərəkatı işğal olunmuş ərazilərin dərinliklərində sionist rejimə ağrılı zərbələr endirib. 

 O, daha sonra qeyd edib ki, sionistlər müqavimət qüvvələrinin hədəfə alınan qərargahlara necə çatdığını müəyyən etməkdə aciz qalıblar.