İRNA-nın bazar günü Fələstin medialarına istinadən verdiyi məlumata görə, HƏMAS bəyanat yayaraq Livan islami müqaviməti qüvvələrinin sionist rejimin döyüş maşını ilə mübarizədə möhkəm dayanmasını və şücaətini yüksək qiymətləndirib.
HƏMAS bildirib: “Müqavimət qüvvələrini Fələstin xalqına, Qəzzə zolağında və İordan çayının qərb sahilindəki müqavimətinə dəstək olaraq müharibəni davam etdirmək əzmlərinə görə təbrik edirik.”
HƏMAS qeyd edib: “Hizbullahın işğalçı düşmənin cinayətlərinə misilsiz cavab verməsi sionist rejimin Qəzzə zolağının işğalı planlarının iflasa uğradığını sübut edir.”
“Müqavimətin Livan, İraq və Yəməndə cavab sahəsində görünməmiş inkişafları Fələstin xalqının müqavimətini gücləndirəcək və düşməni çaşdıracaq”, bəyanatda əlavə olunur.