Tehran - İRNA - İslam İnqilabının Ali Rəhbəri Təbəsdə mədən partlaması və bir neçə nəfər fəhlənin həlak olması ilə bağlı kədərli hadisənin ardınca müraciət ünvanlayaraq həlak olanların ailələrinə başsağlığı verib və işçilərə yardım göstərmək üçün maksimum səy göstərməyin zəruriliyini vurğulayıb.

Ayətullah Xameneinin başsağlığı müraciətinin mətni belədir:

Bismillahir-Rəhmanir-Rəhim

Təbəsdəki kömür mədənində çoxlu sayda işçinin həlak olduğu və ya yaralandığı acı və kədərli hadisə ilə bağlı bu əzizlərin ailələrinə və o bölgə xalqına başsağlığı verirəm. Hökumət orqanları tərəfindən kömək məqsədilə hadisə yerinə gedən yardım qrupuna təkidlə tapşırıram ki, onları xilas etmək üçün maksimum səylərini göstərsinlər və bu faciənin ölçülərini azaltmaq üçün lazımi tədbirlər görsünlər. Yaralıların vəziyyətinə də dərhal diqqət yetirilməlidir.

Seyid Əli Xamenei

1 mehr 1403 – 22 sentyabr 2024