Tehran - İRNA - Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edən İranın Xarici İşlər naziri Seyid Abbas Əraqçi səfərinin ikinci günündə ərəbistanlı həmkarı ilə görüşüb.

Seyid Abbas Əraqçi yerli vaxtla bazar günü Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Feysəl bin Fərhan ilə görüşüb. Tərəflər ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə ediblər.

“Əl-Ərəbiyyə” telekanalı bununla bağlı bildirib: “Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda keçirilən illik iclası çərçivəsində keçirilən görüşdə Səudiyyə Ərəbistanı və İranın xarici işlər nazirləri ikitərəfli əlaqələr və Qəzzədəki vəziyyəti müzakirə ediblər.”