Tehran - İRNA - Livanın Səhiyyə Nazirliyi sionist rejim ordusunun Livanın cənub şəhərlərini bombalaması nəticəsində azı 100 nəfərin şəhid olduğunu və 400 nəfərin yaralandığını bildirib.

Livanın Səhiyyə Nazirliyi son statistik məlumatlarında sionist rejimin ölkənin cənubundakı hücumları nəticəsində azı 100 nəfərin şəhid olduğunu, 400-dən çox insanın isə yaralandığını açıqlayıb. 

Bu açıqlamaya görə, yaralıların çoxu qadın və uşaqlardır. 

“Younews” xəbər agentliyi həmçinin bildirib ki, sionist rejim qırıcıları Livanın cənubundakı Ayn Bəal və Əl-Zəhrani bölgələrini bombalayıblar.