Tehran - İRNA - HƏMAS sionist rejimin Livana vəhşicəsinə hücumlarını və çoxlu sayda mülki vətəndaşı hədəf almasını qətiyyətlə pisləyib, israillilərin cinayətlərinin ABŞ-ın dəstəyi olmadan mümkün olmadığını vurğulayaraq, Beynəlxalq Cinayət Məhkəməsini sionist rejim başçılarının hərbi cinayətkar kimi mühakimə olunması və həbs edilməsi üçün lazımi tədbirlər görməyə çağırıb.

Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) bu gün bəyanat yayaraq sionist rejimin çoxlu sayda Livan vətəndaşının şəhid olmasına və yaralanmasına səbəb olan cinayətini pisləyib. 

HƏMAS bu bəyanatda sionist rejimin bu vəhşi təcavüzü qarşısında Hizbullaha və Livan xalqına dəstəyini vurğulayıb, Beynəlxalq Cinayət Məhkəməsini sionist rejim başçılarının hərbi cinayətkar kimi mühakimə olunması və həbs edilməsi üçün lazımi tədbirlər görməyə çağırıb.