İran Prezidenti vurğulayıb: “Dünyanın, xüsusən də qərb ölkələrinin Qəzzədə 41 min günahsız insanın ölümü qarşısında susması anlaşılmazdır. İslam dünyası onlara Livanı başqa Qəzzəyə çevirməyə icazə verməyəcək.”

Prezident Məsud Pezeşkiyan Nyu-Yorkda BMT Baş katibi ilə görüşünə toxunaraq, X sosial şəbəkəsində yazıb: “BMT-nin Baş katibi ilə görüşdə bildirdim ki, BMT-nin işğalçı rejimin cinayətlərinə qarşı hərəkətsizliyi mənasız və anlaşılmazdır. Mən bütün Yaxın Şərqdə münaqişənin yayılmasından dərin narahatlığımı bildirdim. Eşitdim ki, 200 BMT əsgəri Qəzzədə sionistlər tərəfindən öldürülüb. Dünyanın, xüsusən də Qərb ölkələrinin Qəzzədə 41 min günahsız insanın ölümü qarşısında susması anlaşılmazdır. İslam dünyası onların Livanı başqa Qəzzəyə çevirməsinə icazə verməyəcək.”