Nyu-York - İRNA - İranın Xarici İşlər naziri Seyid Abbas Əraqçi Nyu-Yorkda ikitərəfli görüşlərinin davamında italiyalı həmkarı ilə görüşüb, müxtəlif mövzular, xüsusilə Livan Hizbullahı ilə sionist rejim arasında qarşıdurmaların şiddətlənməsini müzakirə edib.

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfər edən Əraqçi İtaliyanın Xarici İşlər naziri Antonio Tajani ilə görüşündə sionist rejimin Livana hücumunu pisləyərək, xəbərdarlıq edib ki, region böyük müharibənin astanasındadır, əgər ABŞ və sionist rejimin digər dostları bu rejimin hücumlarını dayandırmasalar, bunun nəticələrinə görə məsuliyyəti öz üzərlərinə götürməlidirlər.

Ölkəmizin Xarici İşlər naziri deyib: “Sionist rejimi indiyədək yüzlərlə insanın, o cümlədən onlarla uşağın şəhid olması ilə nəticələnən vəhşi hücumlarını dayandırmağa məcbur etmək bu rejim tərəfdarlarının vəzifəsidir.”

Sionist rejimin çarəsizliyini və təxminən bir il vəhşicəsinə qətlilam törətməsinə baxmayaraq, Qəzzədə heç bir məqsədə çata bilmədiyini vurğulayan Əraqçi deyib: “Bu rejimə çarəsizlikdən xilas olmaq üçün müharibə alovunu bütün bölgəyə yaymasına icazə verilməməlidir.”