Doktor Məsud Pezeşkiyan BMT-nin 79-cu Baş Assambleyasında çıxışının əvvəlində keçmiş Prezident şəhid İbrahim Rəisinin xatirəsini ehtiramla yad edib. İran Prezidentinin çıxışının ən mühüm məqamları bunlardır:
- Mən istəyirəm ki, ölkəmin yeni dövrə qədəm qoyması, formalaşmaqda olan dünya sistemində konstruktiv və səmərəli rol oynaması üçün möhkəm təməllər qoyam, maneələri və çətinlikləri dəf edəm, ölkəmin münasibətlərini bugünkü dünyanın ehtiyacları və reallıqları əsasında quram.
- Sionist rejimin vəhşiliyi tez bir zamanda dayandırılmalıdır
İran Prezidenti BMT-də vurğulayıb: Beynəlxalq ictimaiyyət zorakılığın qarşısını dərhal almalıdır, daimi atəşkəs yaradılmalıdır, İsrailin Livandakı vəhşiliyi regionu və dünyanı yandırmazdan əvvəl dayandırılmalıdır.
- Dünya xalqı son bir ildə İsrail rejiminin mahiyyətini gördü, bu rejimin başçılarının necə cinayətlər törətdiyini gördü, on bir ayda Qəzzədə əksəriyyəti günahsız qadın və uşaqlar olan 41 mindən çox günahsız insanı qətliam etdilər, amma soyqırımı, körpə qətliamını, hərbi cinayətləri və dövlət terrorizmini “qanuni müdafiə” adlandırırlar! Xəstəxanalar, uşaq bağçaları və məktəblər “qanuni hərbi hədəflər” adlanır.
-Dünyanın qərbində və şərqində onların törətdiyi soyqırıma etiraz edən azadlıqsevər və cəsur insanlara “antisemitizm!” deyirlər.
- Alimlərimizi, diplomatlarımızı, qonaqlarımızı torpağımızda qətlə yetirən, gizli və açıq şəkildə İŞİD və terror qruplaşmalarına dəstək verən İsraildir. Bunun qarşısında İran dörd nəsildir ki, İsrail rejiminin cinayətlərinin və müstəmləkəçiliyinin qurbanı olan azadlıq və xalq hərəkatlarına dəstək verib.
- Biz İsrailin hərəkətlərinə qarşı küçələrdə nümayiş keçirən ölkələrinizin insanlarının yanındayıq və insanlığa qarşı cinayəti pisləyirik.
- Beynəlxalq ictimaiyyət zorakılığın qarşısını dərhal almalı və mümkün qədər tez daimi atəşkəs yaratmalıdır. İsrailin Livandakı dəli vəhşiliyi bölgəni və dünyanı yandırmazdan əvvəl dayandırılmalıdır.
- İsrail rejimi Qəzzədə məğlubiyyətə uğradı. Cinayət, vəhşilik və müharibəni genişləndirməyə çalışmaqla, yenilməzlik əfsanəsini bərpa edə bilməz.
- İran heç vaxt heç bir müharibəyə başlamamış və yalnız başqalarının təcavüzünə qarşı qəhrəmancasına müdafiə olunmuş və təcavüzkarları peşman etmişdir!
- İran heç bir xalqın torpağını işğal etməyib; heç bir ölkənin resurslarına göz dikməyib; regionda davamlı sülh və sabitliyin yaradılması üçün dəfələrlə qonşulara və beynəlxalq qurumlara müxtəlif planlar təklif edib.
- Biz regionun birliyinin və “güclü regionun” formalaşdırılmasının zəruriliyindən danışdıq. “Vahid və güclü region” bir neçə prinsipə əsaslanır:
-Birincisi, qəbul edək ki, biz qonşuyuq və qonşuluq sayəsində həmişə bir yerdə qalacağıq. Xarici qüvvələrin bölgədə mövcudluğu müvəqqəti xarakter daşıyır və qeyri-sabitlik mənbəyidir.
İkincisi, regionun yeni nizamı hərtərəfli olmalı və bütün qonşuların xeyrinə olmalıdır.
-Üçüncüsü, qonşu və qardaş ölkələr öz dəyərli resurslarını aşınma və silahlanma yarışı istiqamətində israf etməməlidirlər.
- Mən çağdaş tarixində dəfələrlə təhdidlərə, müharibəyə, işğala, sanksiyaya məruz qalmış bir ölkənin Prezidentiyəm. Başqaları heç vaxt köməyimizə gəlməyib, bitərəflik bəyanımıza məhəl qoymayıb, üstəlik, təcavüzkara kömək etməyə gəliblər. Təcrübədən öyrəndik ki, biz ancaq öz insanlarımıza və yerli imkanlara arxalana bilərik.
- İran İslam Respublikası öz təhlükəsizliyini təmin və təzmin etmək əzmindədir, başqaları üçün təhlükə yaratmaq istəmir.
- Biz hamı üçün sülh istəyirik və heç kimlə müharibə və münaqişə istəmirik.
- Biz Ukrayna və Rusiya xalqları üçün davamlı sülh və təhlükəsizlik istəyirik. İran İslam Respublikası müharibəyə qarşı çıxmaqla və Ukraynadakı hərbi münaqişələrin tezliklə dayandırılmasının vacibliyini vurğulamaqla yanaşı, istənilən sülhamiz həll yolunu dəstəkləyir və bu böhranın yalnız dialoq yolu ilə bitəcəyinə inanır.
- Trampın JCPOA-dan birtərəfli qaydada çıxması siyasi arenada təhdid, iqtisadi sahədə isə güc yönümlü baxışı göstərdi.
- Beynəlxalq Nüvə Enerjisi Agentliyinin İranın JCPOA-dakı bütün öhdəliklərinə əməl etdiyini təsdiqlədiyi bir vaxtda İran xalqına qarşı maksimum təzyiq siyasəti tətbiq edildi.
- Biz JCPOA üzvləri ilə qarşılıqlı anlaşmaya hazırıq. JCPOA öhdəlikləri tam şəkildə və vicdanla yerinə yetirilərsə, biz digər məsələlərlə bağlı dialoqa gedə bilərik.
- Həyati əhəmiyyət kəsb edən dərman vasitələrinə çıxışdan məhrumetmə təkcə insan hüquqlarının açıq şəkildə pozulması deyil, həm də insanlığa qarşı cinayətdir.
- Ötən illər ərzində xalqımız sanksiyaların yaratdığı bir çox sıxıntılara dözərək zülmün qarşısında dayandığını göstərdi.
- Sanksiyalar bizi polad iradəli və özünə inanan daha güclü bir xalqa çevirdi.
- İran daha yaxşı dünya qurmaq üçün dünya gücləri və qonşuları ilə səmərəli və bərabərhüquqlu iqtisadi, sosial, siyasi və təhlükəsizlik əlaqələri yaratmağa hazırdır. İrandan göndərilən belə bir mesaja uyğun cavab daha çox sanksiyalar tətbiq etməməkdir.