İran İslam Respublikasının Prezidenti “Əl-Cəzirə” telekanalına müsahibə verib. Müsahibənin bəzi hissələri telekanalın Teleqram kanalının Ərəb bölməsinədə dərc olunub. Müsahibədə sionist rejimin törətdiyi cinayətlərə toxunan Prezident deyib: “İsrailin bölgədəki hərəkətləri soyqırımdır. Avropa və Amerika ölkələri təəssüf ki, bu cinayətləri müdafiə etməyə davam edir.”
Prezident əlavə edib: “İsrail öz məqsədlərinə çata bilməyib və HƏMAS hərəkatını məhv edə bilməyib.”
Pezeşkiyan vurğulayıb: “İsrailin əldə etdiyi yeganə məqsəd şəhərləri tamamilə dağıtmaq və humanitar yardımın insanlara çatmasının qarşısını almaqdır.”
İran İslam Respublikası Prezidenti vurğulayıb: “İslam ölkələri İsrailə tutarlı cavab verməlidir.”
Doktor Pezeşkiyan deyib: “HƏMAS Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyənin terror edilməsinə cavab veriləcək vaxt çərçivəsini müəyyən edən bizik. İsrail istədiyini edə bilməz.”
“Bizim cavab vermə tərzimiz, onun yeri və vaxtı açıqlanmamalı olduğumuz məsələlərdir” - deyə, Prezident bəyan edib.
İran Prezidenti deyib: “Hamımız vəhdət və birlik göstərərək səsimizi ucaltsaq, İsrailin öz hərəkətlərini davam etdirməyə cəsarəti çatmaz.”