İran İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani ABŞ və BƏƏ dövlət başçılarının 23 sentyabr 2024 il tarixli birgə bəyanatına İranın üç adaları olan Böyük Tunb, Kiçik Tunb və Əbu Musanın daxil edilməsini pisləyib.
Kənani vurğulayıb: “Əbu Musa, Böyük Tunb və Kiçik Tunb üç ada İranın ərazisinin və ərazi bütövlüyünün ayrılmaz hissəsidir və üçüncü şəxslərin onlarla bağlı hər hansı şərhləri puçdur və rədd edilir.”
Xarici İşlər Nazirliyinin mətbuat katibi əlavə edib: “BƏƏ-nin üç İran adası ilə bağlı əsassız iddialarını təkrarlaması və bu ölkənin digər tərəflərlə siyasi bəyanatlar verməsi tamamilə əsassızdır, İrana məxsus bu adaların hüquqi statusuna və qeyd olunan adalar üzərində İran İslam Respublikasının suverenliyinin həyata keçirilməsinə təsir göstərmir.”