Doktor Məsud Pezeşkiyan cümə axşamı Nyu-Yorka səfəri başa çatdıqdan sonra dedi: Burada olduğumuz üç gün ərzində 15-dən çox ölkənin başçıları ilə danışıqlar apardıq və bu danışıqların əksəriyyətində Qəzza, Fələstin və Livan məsələləri müzakirə olundu. Belə ki, İsrail və onun dəstəkçiləri insan haqlarından qəddarcasına dəm vurur və terrora qarşı olduqlarını iddia edirlər.
O əlavə edib: Sionist rejim və onun havadarları ən böyük terrorçulardır, çünki onlar Qəzza və Livanda məsum insanları asanlıqla bombalayır və malik olduqları vasitə və güclə onların evlərini viran edir. Onlar yolları bağlayıblar, su, qida və dərman vasitələrinin çatdırılmasına imkan vermirlər.
O, bu sammit çərçivəsində keçirdiyi görüşlərə toxunaraq dedi: Amerikada yaşayan iranlılar, media mənsubları, Amerikada fəaliyyət göstərən iranlı siyasətçilər və tədqiqatçılarla görüşüm oldu və iki Amerika media orqanına müsahibə verdim.