Tehran - İRNA - Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri deyib: “Əgər sionist işğalçılar terrorçu hərəkətlərlə müqaviməti məhv edə biləcəklərini düşünürlərsə, çox yanılırlar. Çünki müqavimət ruhu sionist rejimi məğlub edib.”

General-mayor Əziz Nəsirzadə sionistlərin terror hücumlarında yaralanan livanlıları ziyarət edərkən sionist terror rejiminin Qəzzə və Livandakı cinayətlərini pisləyərək deyib: “Qurani-Kərimdəki ilahi vədə əsasən, sionistlər də daxil olmaqla, zülm və zalımlara qarşı müqavimət göstərməliyik və bu hərəkat sionist rejimin tamamilə məhv edilməsinə qədər davam edəcəkdir.”

Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri bu cür anti-insani əməllərin yalnız sionist rejimin əlindən gəldiyini və Amerika və Avropanın dəstəyi ilə həyata keçirə bildiyini vurğulayaraq, qərblilərə xitabən deyib: “İnsanı narahat edən odur ki, Qərbin dəm vurduğu dünya nizamı bu cür soyqırıma və dinc əhaliyə ziyan vurulmasına səbəb olmuşdur.”