Tehran - İRNA - İran Prezidentinin strateji məsələlər üzrə köməkçisi Livan Hizbullah Hərəkatının Baş katibinə müraciətində bu ölkə xalqının nümunəvi müqavimətini yüksək qiymətləndirib, sionist rejimin cinayətlərinin dayandırılması üçün beynəlxalq ictimaiyyətin hərəkətə keçməsinin vacibliyini vurğulayıb.

İran Prezidentinin strateji məsələlər üzrə köməkçisi Məhəmməd Cavad Zərif Hizbullah Hərəkatının Baş katibi Seyid Həsən Nəsrullaha müraciətində Livan xalqının sionist rejimin təcavüzünə qarşı müqavimətini yüksək qiymətləndirib, sionist rejimin cinayətlərinin dayandırılması üçün beynəlxalq ictimaiyyətin addım atmasının vacibliyini vurğulayıb.

Zərif məktubunun bir hissəsində yazıb: “Mən dünyadakı bütün insanlardan, beynəlxalq təşkilatlardan, bütün nüfuzlu ölkələrdə qərar qəbul edənlərdən, bütün azad insanlardan və millətlərdən xahiş edirəm ki, İsrail rejiminə davamlı cinayətlərini dayandırması, beynəlxalq hüququn müddəalarını qəbul etməsi, qürurlu Livan xalqının və region xalqlarının suverenliyi, müstəqilliyi və öz müqəddəratını təyinetmə hüququnu tanıması üçün təzyiq göstərsinlər. Əgər beynəlxalq ictimaiyyət bu cinayətin qarşısını almaq üçün öz rolunu oynamasa, o halda bu amansız müharibə regionun və dünyanın təhlükəsizliyinə, sülh və sabitliyinə təsir edəcək. İslam ümmətindən, Ərəb və İslam ölkələrindən məzlumlara dəstək olmaqda və zalımın qarşısında durmaqda öz tarixi rolunu oynamalarını istəyirəm.”