Bu hücumlarda Beyrutun cənub ətraflarında yerləşən “Əl-Kifaat”, “Əş-Şuifat”, “Əl-Hədas” və “Əl-Lilki” kimi bölgələrin binaları sionist rejim qırıcılarının şiddətli atəşinə məruz qalıb.
Sionist kanal 12-nin müxbiri də bu hücumları təsdiqləyib və bildirib ki, Beyrutun cənubunda yerləşən Dahiyənin vurulması dayanmadan davam edir.
Sionist rejim ordusunun sözçüsü Daniel Heqari bir neçə saat əvvəl mətbuat konfransında Beyrutun cənub ətrafına edilən sərsəm hücumlara haqq qazandırmaq üçün iddia edib: Yaxın saatlarda Hizbullahın Beyrutun Dahiya məntəqəsinin mərkəzində üç binanın altında gizlətdiyi strateji gücə hücum edəcəyik.