İnqilab liderinin mesajının mətni belədir:
Bağışlayan və Mehriban Allahın adı ilə!
Livanda müdafiəsiz insanların qətlə yetirilməsi sionist quduz itin yırtıcılıq xislətini bir daha hamıya göstərdi, digər tərəfdən qəsbkar rejim başçılarının dardüşüncəliliyini və axmaq siyasətini sübut etdi.
Sionist rejimi idarə edən terrorçu dəstə Qəzzada apardıqları bir illik cinayət müharibəsindən dərs almadılar və başa düşə bilmədilər ki, qadın, uşaq və mülki əhalinin kütləvi şəkildə öldürülməsi müqavimət təşkilatının gücünə təsir göstərə və onu məhv edə bilməz.
İndi Livanda da eyni axmaq siyasəti həyata keçirirlər.
Sionist cinayətkarlar bilməlidirlər ki, onlar Livanda Hizbullahın möhkəm qurumuna ciddi ziyan vura bilməyəcək qədər kiçikdirlər. Bölgənin bütün müqavimət qüvvələri Hizbullahın yanındadır və onu dəstəkləyir.
Bu bölgənin taleyini müqavimət qüvvələri müəyyən edəcək və onların başında Hizbullah dayanır.
Livan xalqı unutmayıb ki, bir vaxtlar Beyruta qədər ərazilər qəsbkar rejimin hərbçilərinin çəkmələrinin tapdağında idi, onların ayağını kəsən, Livanı əziz və başıuca edən Hizbullah olmuşdur.
Allahın izni ilə Livan təcavüzkar, bədxah və üzüqara düşməni peşman edəcək.
Bütün müsəlmanların öz imkanları ilə Livan xalqının və başıuca Hizbullahın yanında dayanması və qəsbkar, zalım və bədxah rejimlə qarşıdurmada ona kömək etməsi vacibdir.
Salam olsun Allahın saleh bəndələrinə
Seyid Əli Xamenei
28 sentyabr 2024