İRNA-nın şənbə günü Livan islami müqavimətinin döyüşlə bağlı xəbərlər yayan mediasına istinadən verdiyi məlumata görə, Livan Hizbullah Hərəkatı öz bəyanatında Seyid Həsən Nəsrullahın cümə günü, günortadan sonra Beyrutun cənub ətraflarına qarşı cinayətkar hücumda şəhid olduğunu bildirib.
İsrail ordusu cümə günü Hizbullahın Beyrutun cənubundakı "mərkəzi qərargahı" adlandırdığı yerə qarşı bir sıra geniş və intensiv hücumlar həyata keçirib.
Bu hücumlar sionist rejim ilə Livan Hizbullahı arasında gərginliyin artdığı bir vaxtda baş verir. Bu, HƏMAS-ın 2023-cü ilin oktyabrında işğal olunmuş ərazilərə hücumundan sonra başlayıb.