Ölkəmizin Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani sosial şəbəkədəki şəxsi səhifəsində Livan Hizbullahının Baş katibi Seyid Həsən Nəsrullahın şəhid olması xəbəri ilə bağlı başsağlığı verib.
Başsağlığı müraciətinin mətni belədir:
Bismillahir-Rəhmanir-Rəhim
وَلَا تَحْسَبَنَّ الَّذِینَ قُتِلُوا فِی سَبِیلِ اللَّهِ أَمْوَاتًا بَلْ أَحْیَاءٌ عِندَ رَبِّهِمْ یُرْزَقُونَ
“Allah yolunda öldürülənləri, əsla ölü zənn etmə! Əksinə, onlar diridirlər və Rəbbi dərgahında onlara ruzi verilir.”
Seyid Həsən Nəsrullahın qürurlu müqavimət yolu davam edəcək və onun müqəddəs ideyası Qüdsi-şərifin azad edilməsi ilə gerçəkləşəcək, inşallah.