Nyu York - İRNA - İran İslam Respublikasının Xarici İşlər naziri Seyid Həsən Nəsrullaha qarşı qorxaqcasına terrorda sionist rejimin son cinayətinə toxunaraq, İslam ölkələrinin, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının məsuliyyətini vurğulayıb, bu təşkilat başçılarının təcili toplantısına çağırıb.

Seyid Abbas Əraqçi 28 sentyabr şənbə günü Nyu Yorkda İslam Konfransı Təşkilatının Baş katibi Hüseyn İbrahim Taha ilə təcili görüşündə sionist rejimin Fələstin və Livanda törətdiyi cinayətlərə görə İslam ölkələrinin məsuliyyətini vurğulayıb.

Əraqçi bu görüşdə sionist rejimin Qəzzə və Beyrutda törətdiyi vəhşi və insanlıq əleyhinə cinayətlərə toxunaraq deyib: “Sionist rejimin dünən Beyrutun izdihamlı bölgələrinə nüfuz edən ağır bombalardan istifadə edərək hücum etməsi bəşəriyyətə qarşı cinayətin bariz nümunəsidir. Təəssüf ki, BMT Təhlükəsizlik Şurası kimi qurumlarda sionist rejimin cinayətlərinin qarşısını almaq və onları dayandırmaq üçün lazımi iradə yoxdur, Amiraka da bu rejimə hərtərəfli siyasi və hərbi dəstək verir.”