İraq islami müqavimətinin yaydığı bəyanatda bildirilir: “İşğalçılarla qarşı mübarizə, Fələstin və Livan xalqlarına kömək etmək yanaşmasının davamı olaraq, qəsbkar rejimin uşaqlar, qadınlar və qocalar da daxil olmaqla dinc əhaliyə qarşı törətdiyi qətliamlara cavab olaraq, İraqın islami müqavimət hərəkatının qüvvələri bu gün səhər saatlarında işğal olunmuş ərazilərdə yerləşən Təl-Əvivdə həyati əhəmiyyət kəsb edən bir mövqeyi pilotsuz təyyarə ilə hədəfə alıblar.
Bəyanatda düşmənin istehkamlarının darmadağın edilməsi üzrə əməliyyatların artan tendensiya ilə davam etdiyi də vurğulanıb.