Ölkəmizin Xarici İşlər naziri livanlı həmkarı Abdullah Buhəbib ilə telefon danışığında müqavimət lideri şəhid Seyid Həsən Nəsrullahın şəhadəti münasibətilə İran İslam Respublikası xalqı və hökumətinin Livan xalqı və hökumətinə başsağlığı müraciətini çatdırıb.

Bu danışıqda Seyid Abbas Əraqçi Seyid Həsən Nəsrullahın mövqeyinə işarə edərək bu böyük insanın qanının müqavimətin iri gövdəli ağacını daha da gücləndirəcəyini vurğulayıb.

Ölkəmizin Xarici İşlər naziri sionist rejimin Beyrutun yaşayış və mülki yaşayış məntəqələrinə vəhşicəsinə hücum etməsi yolu ilə Seyid Həsən Nəsrullahı terror etməkdə qorxaqcasına hərəkətini Livanın suverenliyinə və ərazi bütövlüyünə qarşı açıq təcavüz və müharibə cinayəti adlandırıb, bu rüsvayçı cinayətin regionun və dünyanın ictimai rəyi qarşısında izah edilməsinin, hüquqi və beynəlxalq təşkilatlarda qeydiyyata alınaraq sənədləşdirilməsinin vacibliyini vurğulayıb.