Livan Hizbullahı yaydığı bəyanatda bildirib: “Livan islami müqavimət mücahidləri bu gün səhər saatlarında Qəzzə zolağında mətanətli Fələstin xalqına, onların cəsur və şərəfli müqavimətinə dəstək, Livan və onun xalqının müdafiəsi məqsədilə sionist düşmən əsgərlərinin “Əl Mənarə” qəsəbəsindəki yerini hədəfə alıblar.”
Hizbullah başqa bir bəyanatda bildirib: “Livan islami müqaviməti mücahidləri Qəzzə zolağında mətanətli Fələstin xalqına, onların cəsur və şərəfli müqavimətinə dəstək, habelə Livanın müdafiəsi və sionist rejimin Beyruta hücum cinayətinə cavab olaraq Saər qəsəbəsinə zərbə endirib.”