Tehran - İRNA - Livan Hizbullahının baş katibinin müavini Şeyx Nəim Qasim deyib: Biz 2006-cı ildə olduğu kimi qalib gələcəyik, qələbə bizimdir və bizə bir az səbr lazımdır.

Şeyx Nəim Qasim Hizbullahın mərhum baş katibi Seyid Həsən Nəsrullahın şəhadətindən sonra etdiyi ilk çıxışında əlavə edib: Seyid Həsən Nəsrullah həyatı boyunca cihad və mübarizə sahəsində olub və İmam Xomeyni (r.ə.) və İslam İnqilabının Böyük Rəhbəri İmam Xameneinin (Allah onu qorusun) yolu və siyasətinin davamçısı olmuşdur.

O, davam etdi: Seyid Həsən Nəsrullah 

Qüdsü dəstəkləmək istiqamətində hərəkət etdi və mücahidlərin dostu və onlarla birlikdə idi.

Şeyx Nəim Qasim əlavə etdi: İmam Zamana (əc), İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xameneiyə, mücahidlərə, onun ailəsinə, Livana, bölgəyə, bütün dünyaya və azadlıq döyüşçülərinə sevimlimiz, əzizimiz və rəhbərimizin itirilməsinə görə başsağlığı veririk.

O, İsrailin Livanın bütün bölgələrində cinayətlər və qətliamlar törətdiyini, dinc əhaliyə və sağlamlıq mərkəzlərinə hücum etdiyini bildirərək əlavə edib: Sionist rejim döyüşçülərlə vuruşmur, günahsız insanları qətlə yetirir.

Livan Hizbullahının baş katibinin müavini əlavə edib: Amerika cinayətə şərikdir və sionist rejimə qeyri-məhdud siyasi, hərbi və s. dəstək verir, lakin biz İmam Hüseynin (ə) övladlarıyıq və qələbəyə nail olacağıq.

O dedi: Biz əməl, cihad və səbir adamlarıyıq və Allahın vədi haqdır.

Şeyx Nəim Qasim bildirib: Şəhid Seyid Həsən Nəsrullahın yolu davam edir, Hizbullah öz hədəflərini və cihad meydanını davam etdirir və əmr və idarəetmə sisteminə malikdir. Hər kəs meydandadır. 

Livan Hizbullahının baş katibinin müavini vurğuladı: Seyid Həsən Nəsrullah aramızdadır. Onunla birlikdə şəhid olan qardaşların ailələrinə başsağlığı veririk.  Düşmənin dediyinin əksinə olaraq (Beyrutun cənubundakı Dahiya bölgəsində) 20 komandirin iştirakı ilə toplantı olmayıb, lakin Seyid Həsən Nəsrullahın yanında şəhid olan qardaşlar var idi. 

O, bəyan etdi: İsrail öz məqsədlərinə çatmayacaq və biz bu döyüşdən qalib çıxacağıq. 

Livan Hizbullahının baş katibinin müavini deyib: Hərbi və insan gücü baxımından biz güclü və böyükyük və tam hazırıq və davam edəcəyik. İsrail hərbi gücümüzə hücum edə bilməyəcək. 

O, keçmişdə olduğu kimi tək bir gəmidə olduğumuzu və İsrailin təcavüzünə qalib gələcəyimizi bildirərək, bu məsələyə aydınlıq gətirdi: Hizbullahın strukturunda hansısa zərər çəkənin yerinə müavinlər və başqalarını əvəz edən insanlar var. Biz Hizbullahın yeni baş katibini ən qısa zamanda mövcud mexanizm əsasında seçəcəyik. 

Şeyx Nəim Qasim vurğuladı: Biz 2006-cı ildəki kimi qalib gələcəyik, qələbə bizimdir və bizə bir az səbr lazımdır.