Tehran - İRNA - İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei şər sionist rejimin Beyrut ətrafına hücumları nəticəsində rəşadətli və mütəfəkkir komandir general-mayor Abbas Nilfuruşanın (Allah ona rəhmət etsin) şəhadəti münasibətilə başsağlığı verib.

Müraciətin tam mətni aşağıdakı kimidir:

Bismillahir-Rəhmanir-Rəhim

Rəşadətli və mütəfəkkir komandir general-mayor Abbas Nilfuruşan (Allahın rəhməti olsun ona) şər sionist rejimin Beyrut ətrafına hücumları nəticəsində Allahın görüşünə qoşuşdu.

Allahın və Onun övliyalarının salamı və rəhməti Allah yolunun bu mücahidinin üzərinə olsun.

İslam bayrağını ucaltmaq üçün bir ömrü cihadda keçirmiş şəxs üçün Allah yolunda şəhadət böyük bir lütfdür.

Bu əziz şəhidin hörmətli ailəsini və həmkarlarını təbrik edir və eyni zamanda onlara başsağlığı verirəm, onların hamısına Allahdan lütf diləyirəm.

Seyid Əli Xamenei

10 mehr 1403 -1 oktyabr 2024