Tehran - İRNA - Xarici İşlər Nazirliyinin sözçüsü bildirib: Sionist rejim və onun havadarları bilməlidirlər ki, İran İslam Respublikası öz dediyinə qətiyyətlə əməl edir.

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani virtual məkanda şəxsi hesabında paylaşdığı mesajda yazıb: Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq, qanuni müdafiə hüququ və İranın təhlükəsizliyini, suverenliyini və ərazi bütövlüyünü xəyalpərəst təcavüzkarlardan qorumaq üçün qətiyyətli və ciddi addım atdıq.

O əlavə edib: İran İslam Respublikası silahlı qüvvələrinin bacarığı, şücaəti, qüdrəti və müdafiə iqtidarı və onların başında olan Ali Baş Komandanın müdrikliyi, nəzakəti və mətanəti bütün iranlıların fəxr və izzət mənbəyidir.

Diplomatik agentliyin sözçüsü daha sonra deyib: Sionist rejim və onun havadarları bilməlidirlər ki, İran İslam Respublikası öz dediyinə qətiyyətlə əməl edir.

Kənani həmçinin aydınlaşdırıb: İran İslam Respublikasının suverenliyi, ərazi bütövlüyü və milli təhlükəsizliyinə qarşı heç bir avantürist və düşünülməmiş hərəkət cavabsız qalmayacaq.

O dedi: Bir daha sübut olundu ki, İranın uzun əlləri istədiyi nöqtəyə çata bilər.

Xarici İşlər Nazirliyinin sözçüsü sonda deyib: Bölgənin və Qərbi Asiyanın gələcək simasını köksüz və kimliksiz işğalçılar və təcavüzkarlar deyil, bölgənin sahibləri və onun həqiqi və köklü millətləri çəkəcək.