General-mayor Məhəmməd Baqiri çərşənbə günü səhər saatlarında verdiyi müsahibədə deyib: Bu gecə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələri qəhrəmancasına və cəsur əməliyyatları ilə sionist rejimin bir çox cinayətlərinin qisasını aldı.
O, ötən 2 ayın İran xalqı və müqavimət cəbhəsi üçün çox ağır günlər olduğunu bildirib və deyib: HƏMAS-ın Tehrandakı siyasi ofisinin rəhbəri şəhid İsmayıl Həniyənin terror edilməsindən sonra amerikalılar, avropalılar və digərlərinin dəfələrlə bizdən istəkləri bu oldu ki, siz təmkinli olun ki, Qəzzada atəşkəs yarada bilək. Özümüzü saxlamağın çətin dövrünü keçdik. Amma sionist cinayətkar rejim amerikalıların dəstəyi və hətta yaşıl işığı ilə cinayətlərini artırdı. Və onlar Livan xalqına qarşı qətliam törədərək, xüsusən də böyük mücahid, Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahı, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun Livandakı ali müşaviri General Şəhid Nilfuruşanı şəhid edərək böyük cinayətlər həyata keçirdilər.
Silahlı Qüvvələrin Baş Qərargah rəisi bəyan edib: Vəziyyət artıq dözülməz idi və Allaha şükürlər olsun ki, SEPAH çox dəyərli raket əməliyyatı ilə sionist rejimin mühüm bazalarını hədəfə ala bildi.
General-mayor Baqiri əlavə edib: Hətta bu cinayətlərə baxmayaraq, İran İslam Respublikası lazımi standartlara əməl etdi və yalnız hərbi bazalar vuruldu. Sionist rejimin üç əsas hərbi hava bazası, o cümlədən Mossadın qərargahı, Nəvatim hava bazası, F35 qırıcılarının əsas yerləşdiyi yer, Hatsarim hava bazası, Seyid Həsən Nəsrullaha terror əməliyyatının bazası, strateji radarlar və Qəzza ətrafındakı bölgədə sionist rejimin tankları, personal daşıyıcıları və şəxsi heyətinin toplanma mərkəzləri hədəfə alınıb.
O, davam etdi: Bu əməliyyatda sionist rejim və xalqın iqtisadi və sənaye infrastrukturu hədəf alınmadı, halbuki bu, tamamilə mümkün idi.