Sionist mənbələr “Sky News Ərəb” kanalına müsahibəsində bildiriblər ki, Livanın cənub sərhəd bölgəsində Livan Hizbullahı döyüşçüləri ilə quru toqquşması nəticəsində sionist rejimin 14 əsgəri ölüb.
“Əl-Mənar” telekanalı da Hizbullah döyüşçüləri ilə "Marun ər-Rəs"in şərq tərəfindən qəsəbəyə soxulan sionist əsgərlər arasında toqquşma barədə məlumat verərək əlavə edib ki, bu qarşıdurmada bir sionist zabit öldürülüb.
Bundan əvvəl sionist mənbələr Livanın cənubunda yerləşən “Əl-Udeysə” bölgəsində Hizbullahın qurduğu pusquda 4 sionist əsgərin öldürüldüyünü, 20-dən çox əsgərin isə yaralandığını etiraf etmişdilər.
Hizbullahın əməliyyatı sionist rejimin Livana son təcavüzünə cavab olaraq həyata keçirilib.