Zahidan - İRNA - Sistan və Bəlucistanda yerləşən terror şəbəkəsi bu vilayətin kəşfiyyat və təhlükəsizlik orqanları tərəfindən məhv edilib.

Son günlər Sistan və Bəlucistanda xarici kəşfiyyat xidmətlərinə bağlı və onlar tərəfindən dəstəklənən “Ceyş əl-ədl” terror qruplaşmasının ünsürləri tərəfindən həyata keçirilən və bir neçə sünni bəluc vətəndaşın, eləcə də bir neçə nəfər təhlükəsizlik orqanı əməkdaşının şəhid olmasına səbəb olan terror aktlarından sonra, təhlükəsizlik orqanları və vilayət kəşfiyyatı bu hadisələri törədənlərə ağır zərbə vurdu.

Bununla əlaqədar bir sıra geniş və koordinasiyalı kəşfiyyat tədbirləri həyata keçirilib və nəticədə bu terror aktlarının tərtibatçıları və icraçılarının əsas komandası Ağa İmam Zamanın (əc) naməlum əsgərləri və inqilab keşikçilərinin kəşfiyyat nəzarətinə götürülərək, terror şəbəkəsinin Sistan və Bəlucistanın cənubunda olduğu təsbit edildi və məhv edildi.