Pezeşkiyan Qətərə iki günlük səfəri çərçivəsində çərşənbə günü axşam İslami müqavimət hərəkatı olan HƏMAS-ın yüksək səviyyəli nümayəndə heyəti ilə görüşüb və söhbət edib.
Prezident əlavə etdi: Şəhid Haniyə mənim andiçmə mərasimimin qonağı idi və biz mərasimdən sonra bir-birimizi ürəkdən qucaqladıq, lakin saatlar sonra onun qorxaqcasına terror edlməsi xəbərini eşitdim və bu, mənim üçün çox ağrılı oldu.
Pezeşkiyan bildirib: Sionist rejimin cinayətlərinin davam etməsi İran İslam Respublikası silahlı qüvvələrinin qəti cavab verməsinə səbəb oldu və bu rejim ən kiçik səhvə yol verəcəyi təqdirdə mütləq daha sərt və daha güclü cavab alacaq.
Prezident daha sonra sionist rejimin Fələstin və Livanın məzlum müsəlmanlarına qarşı cinayətlər törətməsini və bu cinayətləri daha da şiddətləndirməkdə azğınlaşmasına səbəbi kimi İslam ümməti arasında vəhdət və həmrəyliyin olmaması səbəbindən baş verdiyinə işarə edib və əlavə edib: Bizi bura gətirən İslam ölkələri arasındakı ixtilafdır və müsəlmanlar bir-biri ilə birləşsəydilər, sionist rejim bu cinayətləri etməyə cürət etməzdi.
Bu görüşün davamında HƏMAS hərəkatının siyasi ofisinin rəhbəri Məhəmməd İsmayıl Dərviş də İran İslam Respublikasının müqavimət cəbhəsi ilə, xüsusən də HƏMAS hərəkatı ilə əlaqələrini dərin və möhkəm əlaqələr adlandırıb və deyib: Biz bu gün dünyanın cazibə mərkəzində və dini və ilahi sivilizasiyaların mərkəzindəyik. Şübhəsiz ki, kim bu bölgəyə hakim olarsa, onun bütün dünya üzrə əhəmiyyətli rolu və təsiri olacaqdır.
HƏMAS-ın siyasi ofisinin digər üzvü Xalid Məşəl də deyib: İran İslam Respublikası silahlı qüvvələrinin qürurverici əməliyyatı böyük nailiyyətlər əldə edib və bəlkə də onlardan ən mühümü müqavimət cəbhəsinin caydırıcılıq gücünün bərpası və dirçəldilməsi oldu.