Tehran - İRNA - Yəmən silahlı qüvvələrinin sözçüsü Təl-Əvivdə həyati əhəmiyyətli bir hədəfə PUA ilə hücum edildiyini açıqlayıb.

Briqadir Yəhya Səri, işğal altındakı Yaffa şəhərində (Təl-Əviv) mühüm və həyati hədəfin bir neçə Yaffa PUA-sı tərəfindən hədəf alındığını bildirib.

O deyib: İşğal altındakı Yaffa şəhərində əməliyyat uğurla həyata keçirilib və PUA-lar düşmən tərəfindən müəyyən edilmədən və vurulmadan hədəf nöqtəsinə çatıb.

Səri əlavə edib: Bu əməliyyat “Vəd edilmiş fəth və müqəddəs cihad” döyüşünün beşinci mərhələsi çərçivəsində həyata keçirilib.